Cümə , 2 May 2025
Drone Cameras

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarır

Rumıniyanın Moskvadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Səfirə Moskvanın Rumıniya səfirliyinin əməkdaşını ölkədən çıxarmaq qərarı barədə məlumat verilib.

“Bu tədbir Rumıniya tərəfinin Rusiyanın Buxarestdəki səfirliyinin diplomatını “arzuolunmaz şəxs” elan etməsi ilə bağlı əsassız qərara cavabdır”, – məlumatda vurğulanıb.

Check Also

Ərdoğan: “Türkmənistan qazı 5 ildən sonra Xəzərin dibi ilə Türkiyəyə nəql ediləcək”

Türkiyə beş ildən sonra Türkmənistanın təbii qazını Xəzərin dibi ilə borular vasitəsi idxal edəcək. Boyukmillet.com …