Vaşinqton Administrasiyası Ukraynanın istifadə etdiyi “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 2,2 milyard dollar ayırıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Məlumata görə, ABŞ-nin Müdafiə Nazirliyi Ukraynanın təhlükəsizliyinə yardım təşəbbüsündən (“Ukraine Security Assistance Initiative”, USAI) 2,2 milyard dollar vəsait ayırıb.
“Bu maliyyə Ukrayna üçün “Patriot” və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınması üçün istifadə ediləcək”, – Pentaqon bildirib.
Bundan əvvəl Administrasiya Pentaqonun anbarlarından 150 milyon dollarlıq silahların Kiyevə verildiyini elan edib.