Bundestaqın (Almaniya Federativ Respublikası Parlamenti) Büdcə Komitəsi ölkənin silahlı qüvvələri üçün ümumi dəyəri 6 milyard avrodan çox olan 105 tank, dörd ədəd “Patriot” zenit-raket kompleksi, idarə olunan raketlər və artilleriya mərmilərinin alınmasını təsdiqləyib.
Boyukmillet.com xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius komitənin iclasından sonra bildirib.
“Bu gün biz həqiqətən, silahlanma sahəsində mühüm layihələrə yol verməyə nail olduq”, – o deyib.
O, əlavə edib ki, döyüş sursatlarının alınması əhəmiyyətli dərəcədə sürətləndiriləcək və genişləndiriləcək.