Cümə , 27 Mart 2026
Drone Cameras

İsrail: Livanda “Hizbullah”ın komandirlərindən biri zərərsizləşdirilib

İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah”ın silahlı qanadının komandirlərindən biri Məhəmməd Neam Naseri zərərsizləşdirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, Naser 2016-cı ildən elit “Naser” bölməsinə komandirlik edib və Livanın cənub-qərb bölgələrindən İsrailə raket hücumlarını idarə edib.

“Bundan əlavə, Naser həm müharibə zamanı, həm də ondan əvvəl İsrailə qarşı çoxlu sayda terror hücumları təşkil edib və əvvəllər “Hizbullah” terror təşkilatında rəhbər vəzifələrdə olub”, – məlumatda bildirilir.

Daha əvvəl Livanın “Al Hadath” telekanalı Naserin Tir şəhərinin şərqində zərərsizləşdirilməsi barədə məlumat yayıb.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …