Cümə , 2 May 2025
Drone Cameras

Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb

Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısını alıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Kütləvi iğtişaşlar yolu ilə hakimiyyəti zorakılıqla ələ keçirmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq planları quran beş nəfərdən ibarət destruktiv qrupun fəaliyyətinin qarşısının alındığı bildirilib.

Onlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər.

Qeyd edilib ki, bu qrup cinayətkarlıq ideologiyasını dəstəkləyən, eləcə də dini ideologiyaya fanatik şəkildə etiqad edən şəxslərdən formalaşıb.

Onların evlərində və avtomobillərində əldəqayırma partlayıcı qurğular, odlu silahlar, döyüş sursatı, hüquq-mühafizə orqanlarının geyim forması, dron, ekstremist ədəbiyyat və digər qadağan olunmuş əşyalar aşkar edilib.

Check Also

Rusiya tərəfində vuruşan 600-ə yaxın Şimali Koreya əsgərinin öldüyü bildirilir

Cənubi Koreya kəşfiyyatı Pxenyanın Rusiyadakı kontingentinin 15 min hərbçidən ibarət olduğunu bildirir Ukraynaya qarşı müharibədə …