Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fransa millisinin baş məşqçisi: Yarımfinala çıxmağın sevincini yaşayıram

Yarımfinala çıxmağın sevincini yaşayıram.

Boyukmillet.com xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Portuqaliyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini söyləyib: “Hər iki komandanın ifasında gərgin matç izlədik.

Futbolçularda yorğunluq müşahidə olunurdu. Şadam ki, bu çətin oyunun sonunda qalib gələn tərəf biz olduq. Yarımfinala çıxmağın sevincini yaşayıram”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında Portuqaliyaya penaltilər seriyasında qalib gələn Fransa növbəti mərhələdə İspaniyaya rəqib olub.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …