Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Portuqaliya millisinin baş məşqçisi: Qürurla məğlub olduq

Qürurla məğlub olduq.

Boyukmillet.com xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Fransaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqib komandanın qalib gəlmək üçün birlik nümayiş etdirdiyini söyləyib: “Hər iki komanda 120 dəqiqə boyunca çətinlik çəkdi. Qürurla məğlub olduq. Yaxşı oynasaq da, uduzduq, bu çox üzücüdür. Oyun ərzində biz topa daha çox sahib idik”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında Fransaya penaltilər seriyasında məğlub olan Portuqaliya turnirlə vidalaşıb.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …