Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğan: NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir

NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-da keçirəcəyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayacaq.

R.T.Ərdoğan, həmçinin Ukraynada davam edən müharibə barədə də danışıb: “NATO müharibənin tərəfi olmamalıdır. Biz müharibənin ilk günündən etibarən ədalətli sülhün tərəfdarıyıq və bunun üçün çalışırıq”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …