Şənbə , 12 Aprel 2025
Drone Cameras

Türkiyə lideri: Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir

Şimali Kipr, demək olar, Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan da bunu dəstəkləyir: “Şimali Kipr TDT-nin Şuşada keçirilən iclasında təmsil olundu. İndi biz çalışırıq ki, tamhüquqlu üzvü rəsmiləşdirək”.

Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-a gedir. Onun həmkarları ilə görüşü gözlənilir.

Check Also

Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb

Türkiyənin Ankara əyalətinin Beypazarı rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər …