Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

BMT: Qəzza zolağının yarım milyona yaxın sakini ciddi ərzaq çatışmazlığı ilə üzləşib

Qəzza zolağında yarım milyona yaxın insan dəhşətli dərəcədə kəskin qida çatışmazlığı ilə üzləşib.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin qurumun Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası üçün hazırladığı və onun ofisinin rəhbəri Erl Korteney Rattrey tərəfindən yayılan bəyanatında deyilir.

Mətndə, həmçinin vurğulanır ki, anklavın yanacaq təchizatında yaranan fasilələr su, gigiyena məhsulları və səhiyyə xidmətlərinə çıxışı kəskin şəkildə azaldır.

“Münaqişə tərəfləri bu problemləri həll etmək üçün davranışlarını dərhal və köklü şəkildə dəyişməlidirlər”, – o deyib.

A.Quterriş, həmçinin girovların azad edilməsi və atəşkəsin əldə olunması üçün danışıqların müəyyən müvəffəqiyyətlə davam etdiyini bildirib.

“Tərəflər indi razılığa gəlməlidirlər. Qəzzada humanitar vəziyyət hamımız üçün mənəvi qara ləkədir”, – BMT rəhbəri qeyd edib.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …