Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Naxçıvanda İqlim dəyişikliyi və insan hüquqlarına həsr olunan konfrans keçirilir

“Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən iqlim dəyişikliyinin insan hüquqlarına təsirlərinə dair məlumatlılığın artırılması məqsədilə tədbirlər keçirilir.

Boyukmillet.com xəbər verir ki, iyulun 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Hüquq və İnsan Haqları İnstitutu və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda konfrans təşkil edilib.

Naxçıvan Biznes Mərkəzində keçirilən konfransda muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, muxtar respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, dövlət və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ekologiya könüllüləri iştirak edir.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …