Bazar , 24 Noyabr 2024
Drone Cameras

MSK sədri: Azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır

İşğaldan azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılıb.

Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 1 sentyabr seçkiləri çərçivəsində siyasi partiyalardan irəli sürülən ümumilikdə 585 səlahiyyətli nümayəndə artıq qeydiyyatdan keçib.

O qeyd edib ki, azad edilmiş ərazilərdəki 34 daimi seçki məntəqəsi seçkilərə tam hazırdır:

“Bundan başqa dediyimiz kimi biz müvəqqəti – beş günlük məntəqələr də yaradırıq. Orada səs verəcək vətəndaşlar üçün proses yüksək səviyyədə olacaq”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …