Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azyaşlı övladını suda boğaraq öldürməkdə təqsirli bilinən türkiyəəsilli şəxsin məhkəməsi başlayır

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.

Boyukmillet.com xəbər verir ki, istintaql tamamlanan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rəşad Əliyevin icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumatda bu ilin mart ayının 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməkdə şübhəli bilinib.

Yeşil Ahmet Turan Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham edilib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …