Şənbə , 12 Aprel 2025
Drone Cameras

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə boğulan iki qardaş ataları tərəfindən xilas edilib.

Boyukmillet.com xəbər verir ki, 1997-ci təvəllüdlü Gülməmmədov Tural Adil oğlu və onun 1994-cü il təvəllüdlü qardaşı Gülməmmədov Orxan Adil oğlu dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

Hər iki şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Check Also

“Tərtər işi”ndə adı keçən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub

Təqdimat Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib Keçmiş hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi …