Cümə , 22 Noyabr 2024
Drone Cameras

Moskvada amerikalı jurnalist Kurmaşeva altı il yarım həbs edilib

Stiven Kapus Kurmaşevanın jurnalistin mühakimə olunmasını “ədalətə istehza” adlandırıb

Rusiya məhkəməsi ABŞ tərəfindən maliyyələşdirilən Azad Avropa/Azadlıq Radiosunun (Azadlıq Radiosu) rusəsilli amerikalı jurnalisti Alsu Kurmaşevanı Rusiya ordusu haqqında yalan məlumat yaydığı iddiası ilə 6,5 il azadlıqdan məhrum edib.

Kazan Şəhər Məhkəməsinin sözçüsü bildirib ki, Kurmaşevaya iki günlük məhkəmə proseslərindən sonra hökm oxunub.

Jurnalistin vəkili “Reuters”in qərardan şikayət edib-etməyəcəkləri ilə bağlı sualına dərhal cavab verməyib. Həmçinin Rusiyadakı ABŞ səfirliyi də bu barədəki sorğunu cavablandırmayıb.

“Azadlıq” radiosunun prezidenti və baş direktoru Stiven Kapus Kurmaşevanın mühakimə olunmasını “ədalətə istehza” adlandırıb.

Bildirib ki, yeganə ədalətli nəticə Alsunun dərhal həbsdən azad edilməsi olardı.

47 yaşlı Kurmaşeva Praqada yaşayır və oktyabrın 18-dən doğulduğu Tatarıstanda ailəsinə baş çəkməyə getdiyi zaman həbs edilib. O, ilk dəfə ötən ilin əvvəlində Rusiyanı tərk etmək istəyərkən qısa müddətə saxlanılıb və pasportu müsadirə edilib.

Məhkəmə əvvəlcə onu ABŞ pasportunun olmasını gizlətdiyi üçün cərimələyib. Burada Rusiya qanunlarını əsas gətirib. Bir həftə sonra o, “xarici agent” kimi qeydiyyatdan keçməməkdə ittiham olunub. Jurnalist özünü təqsirli bilmir.

Həyat yoldaşı Pavel Butorin “X” səhifəsində yazıb: “Qızlarım və mən bilirik ki, Alsunun heç bir günahı yoxdur. Bunu dünya da bilir. Onun evinə ehtiyacı var”.

Butorin onun həbsinin redaktə etdiyi “Müharibəyə yox deyirik. Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxan rusların 40 hekayəsi” adlı kitabla bağlı olduğunu deyib.

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən bəri Moskva hərbi qüvvələr haqqında yalan məlumat yaymağı qadağan edən qanun qəbul edilib. Həmin qanuna əsasən, müharibəni tənqid etməkdə təqsirli bilinən insanlara uzunmüddətli həbs cəzası verilə bilər.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …