Bazar ertəsi , 16 Sentyabr 2024
Drone Cameras

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistanın sülh sazişi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səsləndirilmiş və təqdim olunan fundamental müddəalara uyğun olaraq, mümkün qədər tez bir zamanda sazişi imzalamağa hazırdır”, – o bildirib.

Xatırladaq ki, Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.

Check Also

Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb

Sentyabrın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi …