Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı tamamlanıb

Sumqayıt şəhəri ərazisində martın 31-də dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Boyukmillet.com xəbər verir ki, istintaqla 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ahmet Turan Yeşilə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …