Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Yakutiya meşələrində yanğınların sahəsi 1 milyon hektarı ötüb

Hazırda Yakutiyada 132 meşə yanğını qeydə alınıb, onların sahəsi 1 milyon hektardan çoxdur.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğınların söndürülməsində 222 ədəd xüsusi texnika ilə 1960 xilasedici iştirak edir. Son bir gündə mütəxəssislər 23 min hektar sahədə altı yanğını söndürməyə, 15 min hektardan çox sahədə üç yanğını lokallaşdırmağa nail olublar.

Qeyd olunur ki, təkcə son 24 saat ərzində Yakutiyada yanğınların söndürülməsinə 193 ton su sərf olunub.

Vurğulanıb ki, iyul ayında rayon ərazisində meşə yanğınları ilə bağlı vəziyyət daha da pisləşib. Xüsusilə irimiqyaslı yanğınlar Yakutiyanın Abyiski, Olekminski, Vilyuyski, Verxnevilyuyski və Verxoyansk vilayətlərində qeydə alınıb.

Check Also

Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə …