Bazar , 22 Sentyabr 2024
Drone Cameras

Türkiyə səfirliyi Hidayət Heydərovu Olimpiya çempionu olması münasibətilə təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik”, – məlumatda qeyd edilib.

Check Also

Paralimpiya çempionu: “Şöhrət” ordeni ilə təltif olunmaq çempionluqlardan daha önəmlidir

Cənab Prezident İlham Əliyev ötən gün məni “Şöhrət” ordeni ilə təltif etdi. Bu, çempionluqlardan daha …