Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

COP29-a görə Bakıdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı bəzi şadlıq saraylarında toyların keçirilməsi təxirə salınıb.

Boyukmillet.com xəbər verir ki, artıq tədbirin baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir.

Onlar bunu COP29-la əlaqədar ölkəyə gələcək xarici vətəndaşların çoxluğu və bu mühüm tədbirin uğurlu keçirilməsi ilə bağlı paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılmasına dəstək göstərməkləri ilə əlaqələndirirlər.

Bakıdakı bir sıra restoranlardan əməkdaşımıza bildiriblər ki, noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmirlər və əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı dəyişdirilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …