Bazar , 15 Noyabr 2026
Drone Cameras

Səudiyyə Ərəbistanı kralı: İranla münasibətləri inkişaf etdirməyə ümidvarıq

Səudiyyə Ərəbistanı İranla gələcəkdə münasibətləri inkişaf etdirməyə ümidvardır.

Boyukmillet.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının karlı Salman bin Əbdüləziz Əl-Səud İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubunda bildirib.

Məlumata görə, məktubu Səudiyyə Ərəbistanı kralının müşaviri, daxili işlər naziri, Nazirlər Şurasının üzvü şahzadə Mansur bin Mutab bin Əbdüləziz İslam Respubikasının yeni prezidentinə təqdim edib.

Səudiyyə Ərəbistanının kralı iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, regional və beynəlxalq təhlükəsizliyə, sülhə kömək etmək məqsədilə koordinasiyanın, məsləhətləşmələrin davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …