Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Hakan Fidan Dohada HƏMAS-ın yeni lideri ilə görüşüb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsmayıl Haniyənin ölümündən sonra Xalid Məşəli HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən şəxs adlandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəl ilə görüşüb və Haniyənin ölümü ilə əlaqədar ona başsağlığı verib”, – nazirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, görüşdə İ.Haniyənin iki oğlu da iştirak edib.

O da bildirilib ki, HƏMAS Haniyənin varisi ilə bağlı hələlik rəsmi bəyanat yaymayıb.

HƏMAS Siyasi bürosunun xaricdəki rəhbəri Məşəl hərəkatın qurucularından biri hesab olunur.

Xatırladaq ki, Haniyənin dəfn mərasimi avqustun 2-də Qətərin Lusail şəhərində keçiriləcək.

Check Also

İranda nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib

İranın paytaxtı Tehranın qərbində nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib. Boyukmillet.com xəbər verir ki, məlumatı …