Cümə , 20 Sentyabr 2024
Drone Cameras

“Qarabağ” rəsmiləri Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı ilə görüşüblər

“Qarabağ”ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər.

Ağdam təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş İcra Hakimiyyətinin binasında baş tutub.

“Köhlən atlar”ın davamlı uğurlarından bəhs edən A.Əliyev “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib.

İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə “Qarabağ”ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. Klubum rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Çəlikəl İcra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

Check Also

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

14-15 sentyabrda ağırlıqqaldırma üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan …