Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Paris-2024: İtaliyalı atlet yarışdan əvvəl xəstəxanaya yerləşdirilib

İtaliyalı olimpiya çempionu Canmarko Tamberi Fransanın Paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı xəstəxanaya yerləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə idmançı sosial şəbəkələr vasitəsilə məlumat verib.

Hündürlüyə tullanma yarışlarının başlamasına az qalmış atlet böyrək daşı səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirib. O, yüksək hərarətinin olduğunu yazıb.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …