Cümə , 3 May 2024
Drone Cameras

Vergilər Nazirliyində növbəti struktur dəyişiklikləri

Azərbaycan Vergilər Nazirliyində bir sıra idarələr departamentlərə çevrilib.

Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, dəyişikliklər vergi siyasəti və strateji araşdırmalar, daxili təhlükəsizlik, vergi risklərinin təhlili və nəzarət, eləcə də hüquq idarələrində baş verib.

Bundan başqa, Vergi ödəyicilərinə xidmət Baş idarəsi Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə Ərazi vergi orqanları ilə iş Departamenti, Beynəlxalq əməkdaşlıq və maliyyə təşkilatlarında vergi monitorinqi Baş idarəsi eyniadlı departament olaraq adlandırılıb.

Bu dəyişikliklərlə birgə hazırda nazirliyin tərkibində bir baş idarə – vergi cinayətləri və vergi borclarının alınması işinin təşkili baş idarəsi, 11 departament, 3 idarə və şöbə, nazirliyin aparatı, bir bölmə və tədris mərkəzi mövcuddur.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir