Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiya Təhlükəsizlik Şurasının katibi İrana gedib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana işgüzar səfərə gedib.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Tehranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq. Şoyqu, həmçinin İran Prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul ediləcək.

Təhlükəsizlik Şurasının aparatından verilən məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın təhlükəsizlik sahəsindən tutmuş ticarət-iqtisadi layihələrə qədər geniş spektri və gücləndirilməsi, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunacaq.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …