Şənbə , 3 May 2025
Drone Cameras

YAP-ın bütün deputatlığa namizədləri qeydə alınıb

Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslər dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

Boyukmillet.com xəbər verir ki, partiyanın 125 seçki dairəsi üzrə təqdim etdiyi bütün namizədlərə artıq qeydiyyat vəsiqəsi verilib.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı iyul ayının 17-də ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Check Also

Mərdəkandakı Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında …