Şənbə , 4 May 2024
Drone Cameras

Tanınmış terrorçu qadın həbs edildi

Yunanıstanın Antiterror Xidməti səhər saatlarında uzun müddətdir axtarışda olan terrorçu qadın – 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

P.Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur. Polanın da iştirakçısı olduğu “İnqilabi mübarizə” anarxist terror təşkilatı ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına daxil edilib.

P.Rupa xüsusi axtarışda olan terrorçuların siyahısında olub. Pola və həyat yoldaşı N.Maziotis barədə məlumat verəcək şəxsə bir milyon avro mükafat təqdim ediləcəyi elan olunmuşdu.

Xatırladaq ki, N.Maziotis 2014-cü ildə Afinada həbs edilib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir