Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İmişlidə zəncirvari yol qəzası olub, xəsarət alanlar var 

İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.

Belə ki, qəza zamanı “Mercedes”, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər – Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …