Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Fələstin Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib

Fələstin İsrailin şərtləri əsasında Qəzza və Misir sərhədindəki Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

“İsrail Rəfah keçid məntəqəsinin Fələstinin təhlükəsizlik orqanları ilə əlaqəsi olmayan mülki şəxslərin idarəçiliyi altında açılmasını təklif edib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, İsrailin təklifi nəzarət-buraxılış məntəqəsi və sərhəddə Fələstin bayrağının qaldırılmasını qadağan edir. İsrail nəzarət-buraxılış məntəqəsi ərazisində və Filadelfiya dəhlizində mövcudluğunu, eləcə də yoxlama və sorğuya müdaxilə etmək imkanını qoruyub saxlamaqda israr edir.

Check Also

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat …