Bu ilin ilk yeddi ayı ərzində Hindistan 22,234 milyard ABŞ dolları dəyərində qızıl idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12 % çoxdur.
Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
“2024-cü ilin iyul ayında Hindistan 3,13 milyard ABŞ dolları dəyərində qızıl idxal edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 11 % azdır, lakin 2024-cü ilin iyun ayı ilə müqayisədə 2 % çoxdur. 2024-cü ilin ilk 7 ayı ərzində ümumi qızıl idxalı 22,234 milyard ABŞ dolları təşkil edib”, – məlumatda deyilir.
Hindistan özündə demək olar qızıl istehsal etmədən dünyada qızılın ən böyük istehlakçılarından biridir.