Ali Məhkəmə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən həmin mərkəzin sabiq baş mühasibi Mirhadı Bağırov barədə qərar verib.
Boyukmillet.com xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M.Bağırov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2021-ci ilin oktyabrında Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında baş verib.
Belə ki, Mərkəzin baş mühasibi 1992-ci il təvəllüdlü M.Bağırov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Mirhadı Bağırovun atası Mirtağı Bağırovun polis polkovnik-leytenantı olduğu bildirilir. Məlumata görə, müttəhimin atası uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb, bir müddət rəis vəzifəsini də icra edib.