Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart tarixinədək olan reyslərinə aviabilet əldə etmiş sərnişinlər cərimə olunmadan uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri geri qaytara biləcəklər.
Bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb. Bildirilib ki, sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə əlaqə saxlaya bilərlər.Qeyd edək ki, ötən gün “Azərbaycan Hava Yolları” mart ayının 8-nə kimi Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırması barədə məlumat yaymışdı. Bildirilmişdi ki, bu proses hər il təkrarlanır və Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə əlaqədardır.Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.
Check Also
Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq
Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …
Boyukmillet.com Biz yanmasaq vətən yanar