Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin paytaxtda keçirdiyi əməliyyatlarla saxlanılan 3 nəfərdən 24 kiloqram narkotik vasitə aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, İdarənin əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib. Tədbirlərlə 1988-ci il təvəllüdlü Aqşin Əmirov, 1986-cı il təvəllüdlü Aida Nəbiyeva və 1979-cu il təvəllüdlü Ramil Axundov saxlanılıblar.

Qeyd edilib ki, onlardan ümumilikdə 24 kiloqram, o cümlədən 20 kiloqram psixotrop maddə metamfetamin və 4 kiloqram marixuana aşkarlanıb. A.Əmirov, A.Nəbiyeva və R.Axundov sosial şəbəkələrdə tanıdıqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə narkotikləri əvvəlcədən müəyyənləşdirilən yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

“Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, – deyə bildirilib.

Check Also

Xaçmazda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb, ölən və yaralanan var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xaçmaz-Xudat avtomobil yolunun …