Bazar , 4 May 2025
Drone Cameras

Yaşmada dəniz kənarında 16 kiloqramdan çox narkotik tapılıb

Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Check Also

Abşeronda əməliyyat keçirilib, axtarışda olan 10 nəfər saxlanılıb

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 3 fakt aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, …