Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ Sakit okeanda narkotik vasitələrin ticarətini azaltmağa çalışır

ABŞ Sakit okean regionunda narkotik vasitələrinin ticarətini azaltmaq üçün regionun ada dövlətləri ilə əməkdaşlıq edəcək.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Kurt Kempbell deyib.

“Birləşmiş Ştatlar narkotik vasitələrin ticarəti ilə mübarizəyə dəstək verməkdə qətiyyətlidir və gələn həftə Sakit okean regionunda narkotik vasitələrlə bağlı qanunların icrasının təmin edilməsi tədbirləri barədə açıqlama verəcək”, – o bildirib.

K.Kempbellin sözlərinə görə, Vaşinqton Çin və Cənub-Şərqi Asiyada yaradılmış bəzi qrupların Latın Amerikası və ABŞ-yə yük nəqli üçün Sakit okeandan istifadə etməyə başlamasından narahatdır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …