Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan və Qazaxıstanın hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında mövcud hərbi əməkdaşlıq çərçivəsində Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Boyukmillet.com xəbər verir ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb:

“Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb”.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …