Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Xankəndi və Xocalı ərazisindən tapılan silah-sursatın həcmi açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 25-30 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.

Check Also

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 10 %-ə yaxın artırılır

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (DSMF) gəlirlərinin 260,7 …