Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Deputatlığa namizəd Süleyman İsmayılbəyli:” Cənab Prezidentin çağırışlarının dəstəkləyicisi olacam”

48 saylı Yevlax seçki  dairəsindən  namizədliyini  irəli  sürmüş Süleyman  İsmayılbəyli  feysbuk  dostlarına  çağırış  edib: “Əziz dostlar. Artıq seçki prosesinin mühüm bir dövrüdür. Bu müddət ərzində mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çoxları haqlı və ya haqsız olaraq seçkilərə qatılmağıma irad bildirir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ancaq buradan bir məsələni qeyd etmək istəyirəm ki, mən Cənab Prezidentin yeni formalaşacaq qanunverici orqanla bağlı fikirləri, eləcə də dövlət başçısının bu istiqamətdəki çağırışlarına dəstək olaraq seçki prosesinə qoşulmuşam. Bundan sonra da bir Azərbaycan vətəndaşı, mətbuat nümayəndəsi olaraq Cənab Prezidentin daxili və xarici siyasətinin fəal təbliğatçısı, Onun çağırışlarının dəstəkləyicisi olacam. Ona görə də yola davam.”

Check Also

Qazilərin və veteranların pensiyaları necə hesablanacaq? – RƏSMİ

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları pensiya və təqaüd hüququndan eyni vaxtda tam olaraq istifadə …