Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Zelenski Qərbdən ölkəsini yenidən silahla təchiz edilməsini xahiş edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 6-da Almaniyada ölkənin müdafiəsi üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasında iştirak edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.

Bildirilib ki, V.Zelenski Qərb tərəfdaşlarına ölkəyə yenidən silah tədarük edilməsi xahişi ilə müraciət etmək niyyətindədir. Xüsusilə söhbət uzaqmənzilli raketlərin və əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükündən gedir.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun da qatılacağı görüş Ramşteyn hərbi bazasında keçiriləcək.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …