Bazar , 22 Noyabr 2026
Drone Cameras

Ukraynalı deputat: “Ağ hərbi bilet” almaq üçün 37 min dollar ödəyirlər

Ukraynada səfərbərlikdən yayınmaq üçün 37 min dollara “Ağ hərbi biletlər” (sağlamlığınıza görə sizi hərbi xidmətdən azad edən hərbi biletlər – Qeyd) alınır.

Boyukmillet.com xəbər verir ki, bu məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Yurçenko səsləndirib.

“Daim eşidirik ki, bir hərbi komissar İspaniyada ev alıb, digər hərbi komissar rüşvətə görə saxlanılıb. İndi “Ağ hərbi bilet” almaq üçün 37 min dollar ödəyirlər ”, – deyə o bildirib.

Ukraynanın “Strana” nəşri xalq deputatının sözlərini şərh edərək xatırladıb ki, səfərbərlik qanunvericiliyi sərtləşdirilənə qədər həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinin dəyəri 5-10 min dollar təşkil edirdi.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …