ABŞ Dövlət Departamenti ATƏT/DTİHB rəhbərliyi ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
“ATƏT/DTİHB-nin səsverməyə 10-20 gün qalmış ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı qənaəti ilə aralıq hesabat dərc etməsi nəzərdə tutulur”, – məlumatda deyilib.
Xidmətdən verilən məlumata görə, iradə ifadəsinin ilk nəticələri dərc edildikdən sonra seçki prosesinin demokratiya normalarına uyğun gəlməməsi ilə bağlı rəy təqdim olunacaq