Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, hadisə ötən gün Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş veribş.

Müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

Boyukmillet.com xəbər verir ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:

“Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir”.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …