Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

VHP namizədi Edik Hacıxanov Qusarda görüşlər keçirir

Vətəndaş Həmrəyliyi Partiyasının 51 saylı Qusar seçki dairəsindən Milli Məclisə seçkilərinə namizədi Edik Hacıxanov Qusarın Hil kəndində seçicilərlə görüş keçirib. Kənd sakinlərinin fəal iştirak etdiyi görüşdə E. Hacıxanov özünün seçki platformasından danışmış, Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji-siyasi kursu haqda geniş məlumat vermişdir.
O həmçinin bildirmişdir ki, VHP öz sıralarında Azərbaycanda yaşayan bütün xalqları birləşdirən, milli birlik və gerçək vətəndaş həmrəyliyinə sadiq olan bir təşkilatdır. Edik Hacıxanov çıxışında rayonun və burda yaşayan vətəndaşların problemlərinə toxunmuş, xalqın etimadını qazanacağı halda bu problemlərin həllində yaxından iştirak edəcəyini bildirmişdir.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …