Cümə , 17 Aprel 2026
Drone Cameras

İsrailin hücumu nəticəsində Livanın cənubunda 11 nəfər yaralanıb

Livanın cənubunda yerləşən Aytarun yaşayış məntəqəsi İsrail Silahlı Qüvvələrinin hava hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

“Al Jadeed” telekanalı isə ölkənin cənub bölgəsindəki bəzi ərazilərə bir neçə dəqiqə ərzində ən azı 50 zərbənin endirildiyini bildirib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcının Livanda “Hizbullah”ın 150-dən çox hədəfinə hücum etməsi ilə bağlı məlumat yayıb.

Check Also

Əraqçi Hörmüz boğazının açıldığını bildirib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və Livanda atəşkəsin müddəti ərzində Hörmüz …