Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Agentlik: Dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir

Azərbaycanda dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov Bakıda keçirilən “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfransda bildirib.

“Agentlik çalışır ki, ehtiyatlar azalmasın. Stabil rəqəmləri qorumağa çalışırıq. Vacib məsələ ehtiyatların yenilənməsidir. Agentliyin hədəfi yenilənmə prosesinin mütəmadi baş verməsidir. Məsələn, birdən-birə bazara böyük həcmdə taxıl buraxılmasın. Çünki bu birbaşa tələb-təklif tarazlığını poza bilər. Ona görə bu prosesdə un istehsalçıları ilə dövlət-özəl sektor əməkdaşlığı olduqca vacibdir. Dövlət üçün önəmlidir ki, un istehsalçılarının maliyyə durumu dayanıqlı olsun ki, ehtiyatların yenilənməsi prosesi mərhələli şəkildə baş versin”, – deyə o qeyd edib.

Check Also

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığı müzakirə edib

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ölkəmizin kənd təsərrüfatı sektorunun potensialını gücləndirmək və beynəlxalq əməkdaşlığı dərinləşdirmək məqsədilə …