Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Bruney-Darüssalamın Baş Prokuroru: Azərbaycanla münasibətlərin bundan sonra da inkişafına əminəm  

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın baş prokuroru Kamran Əliyev Bruney-Darüssalamın Baş Prokuroru xanım Nor Hashimah Binti Haji Mohammed Taibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Bruney arasında mehriban dostluq və əməkdaşlıq əlaqələrindən danışan K.Əliyev, ölkə başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun inkişaf etdiyini vurğulayıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan K.Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi – UNODC ilə birgə noyabrın 15-də olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Bruney-Darüssalamın Baş Prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək ikitərəfli münasibətlərin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir

Check Also

Oman Azərbaycanın qlobal beynəlxalq tədbirlərində yüksək səviyyədə iştirak edəcək

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr …