Bazar ertəsi , 30 Sentyabr 2024
Drone Cameras

Elnur Əliyev: “Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir”

Azərbaycanda iqlim dəyişikliyi ən birinci kənd təsərrüfatına təsir edir.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə deyib.

O bildirib ki, ötən il ölkədə quraqlıqlar müşahidə edilib, bu da kənd təsərrüfatı üçün maneələr yaradır:

“Biz istəyirik elə məhsullar yetişdirək ki, quraq landşafta qarşı belə davamlı olsun. İqlim dəyişikliyi fonunda regionda da quraqlıqlar müşahidə olunur. Ölkədə su qıtlığı ilə üzləşməkdəyik. Bu o deməkdir ki, biz insanları bu sahədə maarifləndirməliyik”.

Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi turizmə də təsir edir:

“Həmçinin infrastruktur cəhətdən də təsirlər var. Xəzər dənizində su səviyyəsinin azalması bizim üçün narahatlıqlar yaradır. Bu o deməkdir ki, biz infrastruktura da maliyyə ayırmalıyıq”.

E.Əliyev son illərdə dövlət xərclərinin səhiyyə sahəsində də artdığını diqqətə çatdırıb: “Artıq ürək xəstəlikləri ilə yanaşı, iqlim dəyişkənliyi səbəbindən digər müxtəlif xəstəliklər də geniş vüsət alıb. Bir sözlə, iqlim dəyişikliyi bütün sahələrə birbaşa və ya dolayı təsirlər yaradır”.

Check Also

Agentlik: Dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir

Azərbaycanda dövlət ehtiyatlarının həcmi son 5 il üzrə ən yüksək səviyyədədir. Boyukmillet.com xəbər verir ki, …