Bazar , 15 Noyabr 2026
Drone Cameras

Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb

Rusiyanın tələbə onlayn-nəşri – DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terrorçular reyestrinə daxil edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi üzrə Federal Xidmət məlumat yayıb.

Daha əvvəl o, beynəlxalq axtarışa verilib.

Məlumata görə, 2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları – Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli bilib və onları iki il islah işlərinə məhkum edib.

İş materiallarına görə, onlar yetkinlik yaşına çatmayanları icazəsiz aksiyalarda iştirak etməyə çağırıb və bununla onların həyatını təhlükəyə atıblar.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …