Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

Qəzənfər Əhmədov: Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı işlərinə ciddi maneə yaradır

Hazırda azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparmağa ciddi maneə yaradır.

Boyukmillet.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın “Ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması mövzusu”nda keçirilən sessiyasında deyib.

Onun sözlərinə görə, itkin düşən şəxslərin ailələrindən bioloji nümunələr götürülüb:

“Azad edilmiş ərazilərdə çoxsaylı məzar yerləri mövcuddur. İşçi Qrup məzar yerləri ilə bağlı məlumatların toplanması işlərini də davam etdirir”.

Check Also

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik …